Türkiyə üçün qorxulu proqnoz: Yüzlərlə insan ölə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kandilli Rəsədxanasının müdiri Haluk Özener növbəti güclü zəlzələnin Mərmərə dənizində gözləndiyini bildirib. 

Kandilli Rəsədxanasının müdiri Haluk Özener növbəti güclü zəlzələnin Mərmərə dənizində gözləndiyini bildirib.

Özener dünən Egey dənizində baş verən 6,2 ballıq zəlzələnin ardınca növbəti güclü zəlzələnin İstanbul və ətraf ərazilərdə 7 bal və daha artıq ola biləcəyini deyib:

“Egey dənizində baş verən 6,2 ballıq zəlzələ normal hesab edilməlidir. Dünənki zəlzələdən 2 saat əvvəl şəhərdə ilanların görünməsini isə bununla əlaqələndirə bilərəm ki, heyvanların duyğu orqanları insanlardan daha çox inkişaf edib. 7 baldan güclü zəlzələ isə bir həftə, 15 gün və yaxud 1 ay ərzində baş verə bilər. Buna görə də ehtiyat tədbiri kimi köhnə tikililərdə bərpaetmə işlərinə başlansa, daha məqsədəuyğun olar”.