“Türk Hava Yolları”na məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb. “Türk Hava Yolları”na məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb.
TİA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, Honkonqdan qalxan “Boeing 747” yük təyyarəsinin Bişkek yaxınlığında qəzaya uğraması nəticəsində 32 nəfər ölüb. Hadisə nəticəsində 4 nəfərin yaralandığı deyilir.
Təyyarə Bişkek aeroportunun yaxınlığında yerləşən evlərin üzərinə düşüb. 15 binaya ziyan dəyib. Həlak olanların bir hissəsi yerli sakinlərdir. Ölənlər arasında uşaqların da olduğu bildirilir. Hadisə yerli vaxtla 07:30-a baş verib.
Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliev və baş nazir Saranbek Canbekov hadisə yerinə gəlib. Qırğızıstanın Manas hava limanı uçuşları dayandırıb.
Hazırda xilasetmə işləri davam etdirilir. Hələ ki, qəzanın səbəbləri məlum deyil. Araşdırma aparılır.