Türkiyə Futbol Federasiyası ölkə Superliqasında legioner limitini dəyişib.
Bu barədə qurumun saytı məlumat yayıb.
Artıq 2024/2025 mövsümündən etibarən klubların tərkibindəki legionerlərin sayı 14-dən 12-yə endiriləcək. Bildirilir ki, bu say 2027/28 və 2028/29 mövsümlərində 11-ə düşəcək.
Oyun günü iştirak ərizəsində limit tətbiq edilməyəcək. Lakin əsas komandanın iştirak ərizəsində ümumi oyunçu sayı üçün limit 30-dan 26-ya endirilib.
Bundan əlavə, əsas komandanın siyahısına daxil ediləcək 14 yerli futbolçudan ilk 3 mövsümdə ən azı ikisi, sonrakı mövsümdə isə ən az üçü klubların öz akademiyalarında yetişdirdiyi futbolçular olmalıdır.