Bir qrup naməlum şəxs Türkiyənin Parisdəki səfirliyinə hücum edib.
Bir qrup naməlum şəxs Türkiyənin Parisdəki səfirliyinə hücum edib.
TİA.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.
Səfirliyi hədəf alan naməlum şəxslər diplomatik binaya `Molotov kokteyli` atıblar. Nəticədə binaya ziyan dəyib.
Hadisə ilə əlaqədar ərazi polis tərəfindən mühasirəyə alınıb və təhlükəsizlik tədbirləri gücləndirilib.