Türkiyə səfiri: Azərbaycanın Qələbəsi Türk dünyasında birliyə cəsarət verdi

Türkiyə səfiri: Azərbaycanın Qələbəsi Türk dünyasında birliyə cəsarət verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Qələbəsi Türk dünyasında birliyə cəsarət verdi.

Bunu APA-ya müsahibəsində Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bildirib.

Səfir deyib ki, Azərbaycan hər zaman Türk dünyasının ən mühüm həlqələrindən biri olub: “Ortaq gələcək təsəvvürünü və bir gün Türk dünyasının birlikdə hərəkət etməsi xəyalını hətta sovet dövründə də itirməyən xalqlardan biri Azərbaycan xalqı olub. 1960-70-ci illərdə belə Azərbaycan ziyalıları, şairləri, mütəfəkkirləri və yazıçıları vasitəsilə bu xəyal hər zaman yaşadılıb və Azərbaycanda bu mövzunun gündəmdə saxlanılması 1990-cı ildən sonra, yəni müstəqillik dövründə həm Türkiyədə, həm də Mərkəzi Asiya ölkələrində bu düşüncənin formalaşmasına səbəb oldu. Xüsusilə 2020-ci ildən, yəni Qarabağın azadlığa qovuşmasından sonra Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” sözləri bu xəyalı konkret layihələrə çevirən ümumi idealları əks etdirir. 2021-ci ilin iyun ayında Şuşa Bəyannaməsi imzalandı, həmin il noyabrın 12-də İstanbulda Zirvə görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adı “Türk Dövlətləri Təşkilatı”na dəyişdirildi, TDT ilə bağlı fikir artıq tətbiq mərhələsinə keçdi. Niyə daha əvvəl deyil, məhz o tarixdə deyə soruşsanız, düşünürəm ki, bu, Qarabağ Zəfərinin nəticəsi idi. Bu mənada da Azərbaycanın Qələbəsi Türk dünyasında birliyə, inteqrasiyaya da cəsarət verdi. Mən Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyevin bu məsələdəki qərarlılığının digərlərini də razı salmaqda mühüm rol oynadığını yaxşı bilirəm”.