TÜRKİYƏ SEÇKİLƏRİNDƏ BARMAQ BOYASINA YER VERİLMƏDİbackend

TÜRKİYƏ SEÇKİLƏRİNDƏ BARMAQ BOYASINA YER VERİLMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan seçkilərə az vaxt qalarkən, barmaq boyama üsuluna dönmə təklifi gündəmə gəldi.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, İYİ Partiya sədri Meral Akşener qatıldığı canlı yayımda sözügedən müraciət üçün “Çox istəyirəm” ifadələrini işlətdiyi halda, müxalifət cəbhəsindən də oxşar səslər eşidilib.

Keçmişdə olduğu kimi bu seçkilərdə də barmaq boyası istifadəsinə görə gözlər Yüksək Seçki Qurumuna (YSK) çevrildi.

İYİ Partiya YSK nümayəndəsi Mustafa Tolqa Öztürk, sosial media hesabından verdiyi açıqlamada, İdarə Heyətinə müraciət etdiklərini və Prezident Seçkiləri və 28-ci Dövr Parlament Seçkilərində Konstitusiyanın 79-cu maddəsinə uyğun olaraq “barmaq boyası” tətbiq edilməsini tələb edib.

Öztürk qeyd edib ki, YSK qanuni tənzimləmə tələb olunduğu səbəbiylə tələblə bağlı hərəkətə yer olmadığına qərar verib.

2009-cu il yerli seçkilərdə səsvermədən sonra seçki mürəkkəbinin tətbiqi prosesindən imtina edildi