Bildiyiniz kimi Türkiyə Rusiyadan C-400 zenit-raket kompleksi almaq niyyətindədir.
Bildiyiniz kimi Türkiyə Rusiyadan C-400 zenit-raket kompleksi almaq niyyətindədir.Türkiyə bu kompleksin elektron kodlarını istəyirdi ki, sistemi milliləşdirsin və silahı özü müstəqil idarə etsin. Lakin Rusiya razı olmadı. Yəni Türkiyənin hava hücumundan müdafiəsi üçün alınan sistemi Türkiyə özü yox, Rusiya idarə edəcək. Texniki xidməti rus mütəxəssislər həyata keçirəcək.
Siyasi ekspertlərə görə Rusiya və Türkiyə arasında bu yaxınlaşma Ankara və Vaşinqton arasında gərginlyə səbəb olub. Amma bu texnologiyanın alınması məsələsi hələ dəqiqləşdirilməyib. Bu barədə TİA.AZ-a politoloq Nəzakət Məmmədova belə bir açıqlama verdi: “Rusiyanın Türkiyəyə satdığı S-400 sisteminin texnologiyasını bu ölkəyə verib-verməyəcəyi kontraktın şərtlərindən asılıdır.Məsələn, Rusiya prezidentinin hərbi-texniki məsələlər üzrə müşaviri Vladimir Kojin müqavilədə yalnız hazır S-400 sistemlərinin satılması üzrə razılıq əldə olunduğunu, istehsal texnologiyalarının verilməsinin müzakirə mövzusu olmadığını vurğulamışdır. Hətta bir çox ekspertlərə görə Rusiya-Türkiyə yaxınlaşması rəsmi Ankara ilə Vaşinqton arasında Yəni, bu cür müqavilələrdə texnologiyaların qarşı tərəfə verilib-verilməməsi əks olunmalıdır. Bir qayda istehsalçı ölkələr buna çox ciddi yanaşırlar. Çünki söhbət milyardlarla gəlir gətirən silah texnologiyalarından gedir. Burada da istehsalçı ölkənin “müəllif hüquqları” deyilən bir şey var.Məsələn, kalaşnikov avtomatı dünyanın bir sıra ordularında istifadə olunur.
Amma onun yaradıcısı Rusiyadır və digər ölkələr bu silah növünü yalnız Rusiyadan xüsusi lisenziya almaqla həyata keçirə bilərlər.Yəni, hazır texnikanı verən ölkə onun texnologiyasını da vermək öhdəliyi daşımır.Bunun üçün əlavə vəsait ödənilməli və istehsala icazə verilməsi üçün lisenziya alınmalıdır. Məsələn, Rusiya SU-35 təyyarələrini Çinə verərkən onun kopyasının çıxarılmaması barədə iltizam almışdı.Lakin S-400 sistemi ilə bağlı vəziyyət fərqlidir. Cəmisi dörd olan bu sistem iki mərhələdə Türkiyəyə təhvil veriləcək. İlk iki sistemin 2019-cu ildə, digər ikisini isə daha sonra Rusiya və Türkiyənin birgə istehsal ediləcəyi gözlənilir.2,5 milyard dollar dəyərində satın alınacaq raket sistemlərinə 24 batareya və 96 uzun mənzilli raketlər daxildir. Lakin S-400 razılaşmasında bir sıra məsələlər açıq qalıb, o cümlədən Türkiyə təkid edir ki, S-400 istehsalı bu ölkənin öz ərazisində yüksək dərəcədə lokallaşma ilə həyata keçirilsin.
Lakin Rusiya xüsusi xidmət orqanları bir NATO üzvü olan ölkədə bunu etməyin qəti əleyhinə çıxış edirlər.Bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Çavuşoğlu bəyan edib ki, əgər Rusiya müştərək istehsaldan imtina etsə, Türkiyə umiyyətlə S-400 alınmasından imtina edə bilər. O, qeyd edib ki, əgər Qərb müttəfiqləri Türkiyənin Rusiyadan raketdənmüdafiə kompleksi almasını istəmirlərsə, özləri daha əlverişli variantlar təklif etməlidirlər. Görünən odur ki, Rusiya və Türkiyə arasında adıçəkilən sistemlərin texnologiyalarının verilməsi və birgə istehsalı məsələsində narazılıq ola bilər ki, bu da sövdələşmənin gələcəyini şübhə altına alır.”
NÜŞABƏ
TİA.AZ