“Türkiyə Qətərdən sonra bunu Azərbaycanda etməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Naxçıvanın təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyır və istənilən təhlülkəli anda Naxçıvanı qoruyacaq.” 

“Türkiyə Naxçıvanın təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyır və istənilən təhlülkəli anda Naxçıvanı qoruyacaq.”

TİA.AZ xəbər verir ki, bu sözləri sosial şəbəkədə yerləşdirdiyi videoçarxda politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Naxçıvanda Azərbaycan və Türkiyə birgə hərbi təlimlərinin sonunda Müdafiə naziri Zakir Həsənovun “düşmən bilməlidir ki, Naxçıvanın müdafiəsində güclü ordu dayanıb” fikirlərinin İrəvana çox ciddi ismarış olduğunu bildirib:

“Bəlkə də elə buna görə Naxçıvandakı hərbi təlimlər Ermənistanda narahatlıq doğurub. Niyə narahatlıq keçirdikləri isə aydın deyil. Əslində, bu hərbi təlimlər Rusiya-Ermənistan birgə hərbi təlimlərinə bir cavabdır və hər dövlətin özəl haqqdır. Açıq demək lazımdır ki, Türkiyə Naxçıvanın təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyır və istənilən təhlülkəli anda Naxçıvanı qoruyacaq. Ermənistanda çox yaxşı bilir ki, faktiki Türkiyənin Naxçıvanda hərbi mövcudluğu var. Bunu Rusiyada da bilirlər. Sadəcə, bu hərbi mövcudluğu rəsmiləşdirməyə ehtiyac var. Bir ara belə arqumentlər irəli sürürdülər ki, Türkiyə NATO dövlətidir və alyansdan icazə almadan hansısa bir xarici ölkədə hərbi baza yarada biləz. Ancaq bu arqumentlərin əsassızlığı Qətərdə özünü göstərdi. 

Rəsmi Doha Ankaraya müraciət etdi və Türkiyə ilk xarici ölkədə hərbi bazasını formalaşdırdı. Əgər Qətərdə mümkündürsə, Azərbaycanda niyə olmasın?! Qətərdən sonra Türkiyənin ikinci hərbi bazası məhz Naxçıvanda formaladırılmalıdır. Bu, Ermənistana birbaşa mesaj olar ki, əgər Naxçıvana hər hansı bir təhlükə yaratmağı ağıllarından keçirsələr, qarşılarında Türkiyə-Azərbaycan hərbi birliyini görəcəklər”.

Politoloq bu fonda iyunun 19-da Ali Baş Komandanın imzaladığı plan əsasında Azərbaycanın digər ərazilərində keçiriləcək böyük hərbi təlimlərə də diqqət çəkib:

“Təlimlərə yenə çoxlu hərbi heyət və canlı texnika cəlb olunacaq. Hər iki təlim Ermənistana xəbərdarlıqdır ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlik mərhələli həll planını qəbul etməyi uzatdıqca, bölgədə sonsuzadək hərbi toqquşma ehtimalı artır”.

İLAHƏ