Türkiyə prezidentinin sözçüsü: “ABŞ-ın Qüdsü paytaxt kimi tanıması gərginliyə səbəb olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur”.

 

“ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq istəməsi ciddi narahatlıq doğurur”.

 

TİA.AZ-ın “Haber7”yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O bildirib ki, ABŞ-ın bu qərarı gərginlik və qarşıdurmalara səbəb olacaq.

 

Qeyd edək ki, dekabrın 6-da ABŞ prezidenti Donald Tramp tərəfindən Qüdsün İsrailin paytaxtı kimi tanınmasına dair bəyanat veriləcəyi gözlənilirdi. Lakin son məlumata görə, D. Tramp bu qərarını təxirə salıb.