Türkiyə prezidenti AXC-nin 100 illiyi münasibətilə xalqımızı təbrik edib

Türkiyə prezidenti AXC-nin 100 illiyi münasibətilə xalqımızı təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümüdür. Bununla bağlı Azərbaycan xalqını təbrik etmək istəyirəm. 2018-ci ildə Qafqaz İslam Ordusunun yad edilməsi ilə bağlı tədbirlər keçiriləcək.

TİA.AZ xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə birgə Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan sərhədlərinin müəyyən edilməsi yolunda Qafqaz İslam Ordusu da iştirak edib:

“Bu il ərzində Qafqaz İslam Ordusunun fəaliyyəti ilə bağlı silsilə tədbirlər keçiriləcək”.