Türkiyə ordusu Suriyada 103 terrorçunu məhv edib

Türkiyə ordusu Suriyada 103 terrorçunu məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qolu PYD-ə ağır zərbələr endirib.

Bu barədə “Haber7.com” xəbər verib.

Xəbərdə bildirilir ki, “Zeytun budağı” əməliyyatının 24-cü günündə Türkiyə hərbçiləri Afrinin qərbindəki Məhəmmədiyyə kəndini və Amara yüksəkliyini terrorçulardan azad edib. Bununla da 51 strateji mövqe düşməndən təmizlənib.

Əməliyyat zamanı 103 terrorçu zərərsizləşdirilib.(Report)