Türkiyə möhtəşəm silah hazırlayır – FOTO

Türkiyə möhtəşəm silah hazırlayır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin ASELSAN şirkətinin hazırladığı Erkən Xəbərdalıq Radar Sisteminin ilk 4 ədədi 2021-ci ildə orduya təhvil veriləcək.

Axar.az xəbər verir ki, 2011-ci ildə başlayan layihənin həyata keçirilməsi ilə Türkiyə 600-700 kilometr radiusda hər hansı hücum barədə daha tez məlumat almaq imkanına sahib olacaq.

Məlumata görə, yaradılan sistem hava-hava, hava-yer, alçaqdan uçan, anti-radiasiya raketlərinə, həmçinin, aşağı sürətli PUA, helikopter və təyyarələrə qarşı istifadə ediləcək.

Türkiyənin hazırladığı möhtəşəm sistem eyni zamanda kiberhücumlara tab gətirə biləcək şəkildə qurulur.