Futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində IV tura start verilib.
D qrupunda yer alan Türkiyə millisi öz meydanında Uelsi qəbul edib.
Oyun qardaş ölkə millsinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyənin qollarına Umut Nayir (72) və Arda Güler (80) imza atıb. Bununla da “ay-ulduzlular” liderliyini davam etdirib (4 oyun, 9 xal).
Türkiyə – Uels 2:0
Qol: U.Nayir, 72. A.Güler, 80.