“Beşiktaş”ın çalışdırıcısı Şenol Günəş Türkiyə millisinin baş məşqçisi təyin olunub.
TİA.AZ xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının saytında bildirilib. 66 yaşlı mütəxəssislə 4 illik müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Mirça Luçeskunu əvəzləyib.
Ş.Günəşin müqaviləsin bu ilin iyunundan qüvvəyə minəcəyi bildirilib.