Türkiyə millisi bu gün Almaniya yığması ilə yoxlama oyunu keçirəcək.
Matç Berlindəki Olimpiya stadionunda oynanılacaq. Görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək. Referi Bartoz Frankovskiyə yan xətt hakimləri kimi Markin Boniek və Yakub Uinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Tomas Musial yerinə yetirəcək.
Qeyd edək ki, Türkiyə millisi son oyununda Latviyanı 4:0 hesabı ilə məğlub edib. Komanda artıq Avro-2024-ün final mərhələsinə vəsiqəni rəsmiləşdirib.
Almaniya isə son görüşündə Meksika ilə 2:2 hesablı heç-heçə edib. Avro-2024-ün əsas mərhələsi Almaniyada keçiriləcəyi üçün bu ölkənin yığma komandası qitə çempionatına birbaşa vəsiqə qazanıb.
Yoxlama oyunu
23:45. Almaniya – Türkiyə
Baş hakim: Bartoz Frankovski
Berlin, Olimpiya stadionu