Türkiyə yığma komandası 2026-cı il Dünya çempionatının seçmə mərhələsində ağır məğlubiyyətlə üzləşib.
Tribunainfo.az xəbər verir ki, ay-ulduzlular Konya Böyükşəhər Bələdiyyə Stadionunda son Avropa çempionu İspaniyanı qəbul edib.
Türkiyə millisi rəqibinə 0:6 hesabı ilə uduzub.
Qonaqların qollarını Pedri (6 və 62-ci dəqiqələr), Ferran Torres (53-cü dəqiqə) və Merino (22, 45+1 və 57-ci dəqiqələr) vurublar.
Bu nəticədən sonra İspaniya 2 oyundan maksimum 6 xal toplayaraq E qrupunda liderliyini davam etdirib. Türkiyə isə 3 xalla 3-cü pillədə qalıb.
Türkiyə yığması növbəti oyununu 11 oktyabrda səfərdə Bolqarıstana qarşı keçirəcək. İspaniya isə həmin gün Gürcüstanı qəbul edəcək.
“Ay-ulduzlular” 1984-cü ildə səfərdə İngiltərəyə 0:8, Macarıstana isə 0:6 hesabı ilə yenilib.