Türkiyənin əksər klubları ölkə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşinin istefa verməsinin tərəfdarıdırlar.
Onlar Klublar Komitəsinin bu gün gerçəkləşən iclasında fikirlərini irəli sürüblər.
İddiaya görə, 15 klub 62 yaşlı funksionerin vəzifəsini tərk etməsini istəyib.
Qeyd edək ki, Türkiyə Super Liqasının XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.
Mənbə: TRT Spor