Türkiyə İsveçlə bağlı qərardan sonra Qərbdən tam dəstək: Paketdə nələr var?

Türkiyə İsveçlə bağlı qərardan sonra Qərbdən tam dəstək: Paketdə nələr var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Türkiyə hökuməti İsveçin NATO-ya qəbulu prosesini asanlaşdırdıqdan sonra sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması üçün Qərbdən tam dəstək alıb. 
NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində prezident Ərdoğan, NATO-nun baş katibi Stoltenberq və İsveç lideri Kristersson arasında keçirilən üçtərəfli sammitdə razılıq əldə olunub. İsveçin NATO üzvlüyünə Türkiyənin dəstəyi ilə masada daha bir çox qərarlar qəbul edilib. Müvafiq olaraq, NATO tarixində ilk dəfə olaraq Terrorla Mübarizə üzrə Xüsusi Koordinator təyin ediləcək. Terror təşkilatlarına qarşı mübarizədə əməkdaşlıq genişləndiriləcək. İsveç və Türkiyə arasında ikitərəfli təhlükəsizlik mexanizmi qurulacaq. İsveç Türkiyənin Aİ üzvlüyünə, sanksiyaların ləğvinə və viza rejiminin liberallaşdırılmasına dəstək verəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Haberler.com portalı Türkiyənin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.
Türkiyənin yüksək rütbəli rəsmisi bildirib ki, Vilnüsdə keçirilən üçtərəfli görüşdə Türkiyə sanksiyaların ləğvi və viza rejiminin liberallaşdırılması da daxil olmaqla, Aİ-yə üzvlük prosesinə tam dəstək alıb.
Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlük ərizəsini “mümkün qədər tez” ratifikasiya etmək üçün Türkiyə parlamentinə sənədlər göndərməyə razı olduğunu bildirib. Bununla belə, Stoltenberq konkret tarixlər qeyd etməyib.
Türkiyə, İsveç və NATO arasında keçirilən görüşdə İsveçin Türkiyənin Aİ-yə üzvlük prosesinə, o cümlədən Gömrük İttifaqının yenilənməsi və viza liberallaşdırılmasına fəal dəstək verəcəyi bildirilib.
Digər tərəfdən yüksək rütbəli türk rəsmisi Vilnüsdə keçirilən üçtərəfli görüşdə Türkiyənin sanksiyaların ləğvi və viza liberallaşdırılması da daxil olmaqla Aİ prosesinə tam dəstək aldığını bildirib.
Türkiyə, İsveç və NATO arasında Vilnüsdə keçirilən üçtərəfli görüşdən sonra yazılı açıqlama verilib. NATO-nun son Zirvə Toplantısından bu yana Türkiyə və İsveçin Türkiyənin qanuni təhlükəsizlik problemlərini həll etmək üçün sıx əməkdaşlıq etdiyi vurğulanan bəyanatda İsveçin konstitusiyasında, qanunlarında dəyişiklik etdiyi, PKK-ya qarşı terrorla mübarizədə əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirdiyi, Türkiyəyə silah ixracına yenidən başladığı bildirilib.
Türkiyə və İsveçin Türkiyə-İsveç Birgə İqtisadiyyat və Ticarət Komitəsi (JETCO) vasitəsilə iqtisadi əməkdaşlığın artırılması barədə də razılaşdıqları bildirilən bəyanatda Türkiyə və İsveçin ikitərəfli ticarət və investisiyaları artırmaq üçün imkanları maksimum dərəcədə artırmaq yollarını axtaracaqları qeyd edilib.
Bəyanatda deyilir: “İsveç Türkiyənin Türkiyə-Aİ Gömrük İttifaqını yeniləmək və viza liberallaşdırılması da daxil olmaqla Aİ-yə üzvlük prosesini canlandırmaq səylərini fəal şəkildə dəstəkləyəcək. Bu əsasda və Avro-Atlantik bölgənin çəkindirmə və müdafiə tələbləri kontekstində, Türkiyə İsveçin üzvlük protokollarını parlamentə göndərəcək və onların ratifikasiyasını təmin etmək üçün parlamentlə sıx əməkdaşlıq edəcək”.
Qeyd edək ki, Türkiyə 1963-cü ildə Aİ ilə assosiasiya sazişi imzalayıb və 1987-ci ildə birliyə üzvlük üçün müraciət edib. Lakin üzvlüklə bağlı danışıqlar yalnız 2005-ci ildə başlayıb və fikir ayrılıqlarına görə dəfələrlə dayandırılıb.