İyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.
Tribunainfo.az xəbər verir ki, Türkiyə, İsveç və Finlandiya xarici işlər nazirliklərinin rəhbərləri NATO sammiti ərəfəsində cümə axşamı Brüsseldə görüşəcəklər.
Bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen məlumat verib.
“NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Türkiyə, İsveç, Finlandiya xarici işlər nazirlərinin sabah Brüsseldə keçiriləcək toplantısında iştirak edəcəyəm. Türkiyənin Xarici İşlər Naziri cənab Hakan Fidan, çox gözəl söhbətə görə təşəkkür edirəm”, – Valtonen Twitter-də yazıb.
Qeyd edək ki, nazir bu görüşün üçtərəfli memorandum çərçivəsində keçirilib-keçirilməyəcəyini dəqiqləşdirməyib.