Türkiyə İsraillə bağlı sərt mövqe tutacağı təqdirdə Azərbaycanla İsrailin arasında bir soyuqluq yaranma ehtimalı var.
Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib. O bildirib ki, hələlik İsrail-Fələstin toqquşmasında Azərbaycan öz neytrallığını qoruyur:
“Amma qarşıdurma uzanacağı halda böyük ehtimalla qardaş Türkiyə də prosesə qoşulacaq. Ərdoğanın dünənki çıxışı bir xəbərdarlıq kimi dəyərləndirilə bilər. Həmçinin ABŞ-nin bölgəyə daxil olmaqla bağlı planları var. Türkiyə prezidenti dünən bu məsələyə də toxundu.
Hesab edirəm ki, bundan sonra əgər Türkiyə İsraillə bağlı sərt mövqe tutacaqsa, o zaman Azərbaycanla İsrailin arasında bir soyuqluq yarana bilər. Ancaq hələlik proseslər o istiqamətdə getmir”.