Türkiyə ilə İran sərhədində betondan divar hörüləcək.
Türkiyə ilə İran sərhədində betondan divar hörüləcək.
TİA.AZ xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin yazarı Abdülkadir Selvi məqaləsində bildirib.
Məqalədə qeyd olunur ki, Türkiyə terrorla mübarizədə yeni addımlar atacaq:
“Bu addımlardan biri də terrorçuların ən çox daxil olduğu ölkələrlə sərhədləri möhkəmləndirmək, təhlükəsizlik tədbirlərini gücləndirməkdir. Türkiyə-Suriya sərhədində divar hörülüb. Türkiyə-İran sərhədində də divar hörüləcək. Çünki PKK terror təşkilatının İranın Türkiyə ilə sərhədinə yaxın ərazilərdə Maku, Dambat, Navur, Kotr, Kenereş, Şəhidan düşərgələri mövcuddur. Bu düşərgələrdə ən azı 800-1000 PKK terrorçusu təlim görür, sığınır. Bu terrorçular tez-tez Türkiyəyə daxil olub terror aktları törədib, sonra da geri qayıdırlar. Türkiyə ordusu Ağrı və Tendürek bölgələrində hərbi əməliyyatlar həyata keçirən zaman terrorçular dərhal İran ərazisindəki düşərgələrinə keçirlər. Bunun üçün də Türkiyə hökuməti Ağrı-İğdır sərhədinin 70 kilometrini divarla, digər hissəsini isə qalalar və məftillə bağlayacaq. Daha sonra isə Türkiyə-İran sərhədi boydan-boya gecələr işıqlandırılacaq”.