Türkiyə, İran və Rusiya prezidentlərinin görüş tarixi açıqlanıb

Türkiyə, İran və Rusiya prezidentlərinin görüş tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani aprelin əvvəlində İstanbulda görüşəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Görüşdə bölgədəki və Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.