Türkiyə-İran sərhədində İğdırın Kiçik Ağrı dağı yaxınlığında güclü partlayış olub.
Türkiyə-İran sərhədində İğdırın Kiçik Ağrı dağı yaxınlığında güclü partlayış olub.
BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, sərhəddəki minaları təmizləyən zaman partlayış baş verib və nəticədə yaralananlar olub. Yaralananlar arasında iki azərbaycanlı da olub.
35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov ayaq və bədən nahiyəsindən müxtəlif dərəcəli xəsarət alıb.
Faktla bağlı araşdırma başlanıb.