backend

Türkiyə iqtisadiyyatı çökür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə iqtisadiyyatı çox ağır günlər yaşayır. 

Türkiyə iqtisadiyyatı çox ağır günlər yaşayır.

TİA.AZ xəbər verir ki, bu sözlər Almaniyanın “Kommersbank”ının hazırladığı “Türkiyə: İqtisadiyyat çökür” hesabatında yer alıb. Hesabata əsasən, 2016-cı ilin üçüncü rübündə ölkə iqtisadiyyatı 4,5% kiçilib:

“İqtisadiyyatın növbəti 3 rüb boyunca eyni səviyyədə kiçildiyini düşünün. Bu, 2017-ci ilin ikinci rübündə 16,8% kiçilmə deməkdir və iqtisadiyyat üçün fəlakətdir. 2017-ci ildə Türkiyə iqtisadiyyatının yenidən böyüməsi həddən artıq çətindir. Ölkə iqtisadiyyatı olduqca pis vəziyyətdədir. 2017-ci illə əlaqədar söylənilən bütün təxminlərin hamısı nağıldır. Türk lirəsi bundan sonra da təzyiq altında qalmağa davam edəcək”.

Qeyd edək ki, “Kommersbank” Avropanın ikinci ən böyük bankı sayılır. Aktivlərinin həcmi 600 milyard avro olan bankın 36 min işçi heyəti, dünyanın 40 ölkəsində 8 milyon müştərisi var.