İsrailin bir sıra supermarket şəbəkələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin-İsrail münaqişəsi ilə bağlı sözlərindən sonra Türkiyədən mal idxalını dayandırıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə İsrailin “Haaretz” qəzeti yazır.
“İsrailin bir çox supermarket şəbəkəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın HƏMAS-a dəstəyini ifadə etməsindən sonra Türkiyədən idxalı dayandırır”, – deyə nəşr yazıb.
Qəzetin yazdığına görə, İsrailin ən böyük supermarketlər şəbəkəsi olan Şufersal da Türkiyə məhsullarının idxalını dayandırmaq qərarına gəlib.
Xatırladaq ki, Ərdoğan yəhudi dövlətinin Qəzza zolağındakı hərəkətlərini hərbi və insanlığa qarşı cinayət adlandırıb.