backend

Türkiyə Hollandiyaya iki nota verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili martın 13-də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona iki etiraz notası təqdim edilib. 

Hollandiyanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili martın 13-də Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona iki etiraz notası təqdim edilib

“Report” xəbər verir ki, bu ölkənin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili iki gün ərzində üçüncü dəfə XİN-ə çağırılıb.

Həmin notalarda Hollandiya hökumətindən Türkiyədən yazılı üzr istəməsi tələb olunub.

Qeyd edək ki, martın 11-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verilməyib. Bundan başqa Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna buraxmayıb.

Xatırladaq ki, Hollandiyanın baş naziri Mark Ryutte baş verənlərə görə, hökumət adından üzr istəməyəcəyini bildirib.

“Mən gərginliyin aradan qaldırılmasına hazırlaşıram, amma üzr istəməyəcəm”, – deyə o bəyan edib.

“Üzr istəməkdən söhbət gedə bilməz. Onlar dünən etdiklərinə görə üzr istəməlidirlər”, – Ryutte əlavə edib.