Türkiyə Gürcüstan oyununda qapılara 5 qol vuruldu

Türkiyə Gürcüstan oyununda qapılara 5 qol vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dünən DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 8 oyun keçirilib.
Tribunainfo.az xəbər verir ki, günün əsas oyunu E qrupu çərçivəsində Türkiyə və Gürcüstan yığmaları arasında təşkil olunub.
Türkiyə millisi “Kocaeli” stadionunda baş tutan görüşdə rəqibini darmadağın edib – 4:1.
Türklərin qollarını Kənan Yıldız (14), Merih Dəmiral (22, 52) və Yunus Akgün (35) vurub. Gürcülərdən isə Giorgi Koçoraşvili (65) fərqlənib.