“Türkiyə gözəli” millət vəkili seçildibackend

“Türkiyə gözəli” millət vəkili seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmi olaraq açıqlanmayan nəticələrə görə, Türkiyədə keçirilən 28-ci çağırış parlament seçkilərində millət vəkili seçilən şəxslər arasında keçmiş “Türkiyə gözəli” Seda Sarıbaş da var.

Tribunainfo.azTürkiyə mediasına istinadən xəbər verir ki, AK Partiyanın namizədi Seda Sarıbaş Aydında millət vəkili mandatını qazanıb. Seda Sarıbaş barəsində diqqət çəkən məqamlardan biri də onun keçmiş model olmasıdır. O, 2006-cı ildə “Türkiyə gözəli” də seçilib.

İki övladı olan Seda Sarıbaş müsahibələrindən birində modellikdən biznesə, oradan da siyasətə keçdiyini qeyd edib:

“Siyasətə bağlılıq onsuz da ailəmizdə var idi. Atam və həyat yoldaşım siyasətdən gələn insanlardır. Onların böyük dəstəyini hiss etmişəm. Yoluma AK Partiya ilə başladım və davam edəcəm. Siyasətdə yoldaşım hər zaman mənə kömək edir”.

Seda Sarıbaş kimdir, kaç yaşında, nereli Aydın AK Parti 2023 Milletvekili Seda Sarıbaşın hayatı