Türkiyə gözəli fit görünüşündən danışdı… “Lahmacun, kabab yeyirəm” – Foto

Türkiyə gözəli fit görünüşündən danışdı… “Lahmacun, kabab yeyirəm” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özəl həyatı və sosial şəbəkə paylaşımları ilə həmişə gündəm olan “Miss Turkey” gözəli Şevval Şahin illərdir necə mükəmməl bədən quruluşuna sahib olduğunu açıqlayıb.

Tribunainfo.az Türkiyə şou saytlarına istinadən xəbər verir ki, gözəl Şevval Şahin bunun üçün xüsusi diyeta etmədiyini açıqlayıb. O həmçinin bildirib ki, nə yediyinə qətiyyən əhəmiyyət vermir, ürəyi istədiyi hər şeyi yeyir:

“Qamburger, lahmacun və kabab da yeyirəm. Heç birindən imtina etməmişəm. Əsas məsələ nə qədər yeməyinizdir. Mən yediklərimə deyil, yediklərimin miqdarına fikir verirəm. Hər şeydən daha az yeməyə üstünlük verirəm”.

Gülşən Rəsul