Türkiyə Google-un dağıdıcı embarqosuna etiraz etdi

Türkiyə Google-un dağıdıcı embarqosuna etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müstəqil medianın yaşadığı böhran xəbərləri sərbəst xəbər almaq istəyən bütün vətəndaşlar üçün böhrandır. Üstəlik, bu, demokratiyanın böhranıdır” .

Tribunainfo.az xəbər verir ki, bu barədə “Gazeteduvar” məlumat yayıb.

Qəzet yazır ki, Türkiyədə müstəqil media qurumları olaraq biz bir daha Google-un oxucu trafikimizə tətbiq etdiyi embarqo və bu embarqonun dağıdıcı nəticələri ilə qarşı-qarşıyayıq. Xüsusilə vurğulamaq istərdik ki, ictimaiyyətin, xüsusən də oxucularımızın vəziyyətin ciddiliyini dərk etməsi həyati əhəmiyyət kəsb edir. Bütün səylərimizə baxmayaraq, alqoritm dəyişikliyi də daxil olmaqla, heç bir əsaslı izahı olmayan bu qəfil və böyük trafik itkilərinə cavab olaraq Google ilə sağlam və davamlı əlaqə qura bilmədik.

Nəşrin sözlərinə görə, biz həmçinin Türkiyənin müvafiq dövlət qurumlarını lazımi tədbirləri görməyə, Google və ya digər texnologiya inhisarlarının ictimaiyyətin xəbər almaq hüququnu və müstəqil jurnalistika səylərini hədəf almasına imkan verməyərək yerli medianı gücləndirəcək qaydalar tətbiq etməyə və bu iş zamanı media qurumları arasında ayrı-seçkilik olmadan fikir mübadiləsi kanallarını açıq saxlamağa dəvət edirik.

Dəniz Pənahova