Türkiyə futbolunun əfsanəsi VƏFAT ETDİ

Türkiyə futbolunun əfsanəsi VƏFAT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə futbolunun və “Fənərbağça”nın əfsanələrindən olan Burhan Sargın 93 yaşında vəfat edib.

Tribunainfo.az oxu.az-a istinadən xəbər verir ki, o, Dünya çempionatında het-trik edən ilk və tək türkiyəli futbolçu olub.

“Canavar” ləqəbli Sargın milli komandası ilə 8 dəfə meydana çıxıb. O, 1954-cü ildə İsveçrədəki DÇ-də Cənubi Koreyaya qarşı oyunda 3 top vurub.

Sargın futboldan ayrıldıqdan sonra vaxtilə formasını geyindiyi “Fənərbaxça” klubunda menecer vəzifəsində çalışıb.