“Regionda sülhün açarı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsindən çox Ermənistan-Türkiyə münasibətlərindədir”. Triubunainfo.az xəbər verir ki, bu sözlərin müəllifi politoloq Edqar Arakelyandır.
O deyir ki, Rusiya Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan həllini qısqanclıqla qəbul edir. “Çünki bu münasibətlərin tənzimlənməsi Rusiyanın regionda, xüsusən də Ermənistanda rolunun azalması deməkdir”.
Arakelyan onu da deyib ki, ermənilərin türkləri özünə düşmən bilmələri səhv hərəkətdir. “Bizə Türkiyə düşmənimiz, Rusiya isə xilaskarımız kimi təlqin edilən tezisdən qurtulmalıyıq”.