Türkiyə hərbi-sənaye kompleksi Çindən pilotsuz uçuş aparatlarının modernləşdirilməsi texnologiyasını almağı və birgə istehsalat qurmağı gözləyir.
Tribunainfo.az xəbər verir ki, Ankara Pekinin köməyi ilə Bayraktar TB2-ni modernləşdirmək istəyir.
Pekində yerləşən “Yuan Wang” hərbi təhlil mərkəzinin əməkdaşı Çjou Çenmin sözlərinə görə, “Ukrayna münaqişəsi zamanı Türkiyə Bayraktar TB2-nin zəif tərəfləri bəlli oldu”. “Ankara ümid edir ki, Pekin TB2-ni təkmilləşdirmək və imkanlarını Çin pilotsuz təyyarələri ilə eyniləşdirmək üçün öz dron texnologiyasını ona ötürəcək”, – ekspert vurğulayıb.
Söhbət Çinin Tsaihong (CH) seriyalı pilotsuz uçan aparatlarından və xüsusiyyətlərinə görə Amerikanın MQ-9 Reaper ilə müqayisə oluna bilən BT-001 kəşfiyyat maşınlarından gedir.
Çinli hərbi müşahidəçi Song Zhongping-in qeyd etdiyi kimi, təkrar istifadə edilə bilən raket sistemləri, taktiki raketlər və hava hücumundan müdafiə sistemləri də mümkün əməkdaşlıq sahəsinə çevrilə bilər.