TÜRKİYƏ ÇANAQQALA BOĞAZINI BAĞLADI

TÜRKİYƏ ÇANAQQALA BOĞAZINI BAĞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin şimal-qərbində meşə yanğınlarının davam etdiyi Çanaqqala vilayətinə gedən əsas magistral avtomobillərin hərəkəti üçün bağlanıb, Çanaqqala boğazı da hər iki tərəfdən nəqliyyata bağlanıb, ərazidən 1251 nəfər təxliyə edilib.

Tribunainfo.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

“Türkiyənin şimal-qərbindəki Çanaqqala vilayətində baş verən böyük meşə yanğını 11 saatdır davam edir, səlahiyyətlilər ən pis ssenariyə hazırlaşır”, – deyə Yumaklı bildirib. Yanğının söndürülməsinə 8 təyyarə, 26 helikopter, 180-ə yaxın yerüstü texnika cəlb olunub.