backend

Türkiyə böyük müharibəyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Suriya ilə sərhədə əlavə qüvvə yığıb.  

Türkiyə Suriya ilə sərhədə əlavə qüvvə yığıb. 

Ötən şənbə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada vuruşan türk əsgərlərinin irəliləməkdə olduğunu, tezliklə Rakka şəhərinə doğru hərəkətə keçəcəklərini deyib.

TİA.AZ xəbər verir ki, bu barədə “Blumberq”də dərc olunan məqalədə qeyd olunub.

Yazıda Türkiyənin Suriya ilə sərhəddə genişmiqyaslı hərbi əməliyyata başlayacağı proqnozlaşdırılıb. Buna səbəb kimi isə kürdlərin Suriyanın şimalında möhkəmləndiyi, onların dövlət qurmaq xəyallarının kifayət qədər real olduğu göstərilib:

“Dekabrın 25-də əlavə türk ordusu və tankları Suriya ilə sərhədə doğru hərəkət edib. Sərhəd şəhərlərində – Oğuzeli və Qarqamışda yeni artilleriya qüvvələri toplanıb.

Hazırda Birləşmiş Ştatlar da kürd döyüşçülərlə birlikdə Rakkanın İŞİD-dən alınması üçün əməliyyatı davam etdirir. Ərdoğan yeni seçilmiş ABŞ prezidenti Donald Trampı kürdləri əməliyyatlardan uzaqlaşdırmağa, Ankara ilə əməkdaşlığa səsləyib. Belə olarsa, Türkiyənin Suriyadakı cihadçılara qarşı əməliyyatları genişləndirəcəyinə söz verib.

Türkiyəni narahat edən kürdlərin Suriyada əlavə ərazilərə yiyələnməsi, dövlət yaratması cəhdləridir. Kürdlər Suriyadakı münaqişədən yararlanaraq son 5 ildə xeyli ərazi tutub, üstəlik, İŞİD-lə mübarizədə ABŞ-ın yararlı müttəfiqinə çevrilib. Bunun qarşısını almağa çalışan Ankara avqustdan Suriyada genişmiqyaslı əməliyyatlara başlayıb.

İndi türk əsgərləri Suriyanın Əl Bab şəhəri ətrafında İŞİD-lə vuruşur. Ərdoğan Əl Bab məsələsinin bitmək üzrə olduğunu, sonra Menbic şəhərini tutacaqlarını deyib. Menbic indi kürdlərdədir, onlar şəhəri İŞİD-dən yenicə azad ediblər.

Ərdoğan adıçəkilən şəhərlərdən sonra türklərin Rakkaya üz tutacaqlarına söz verib. “ABŞ-la birləşə bilsək, biz Suriyanın şimalını terrordan təmizlənmiş təhlükəsiz zona elan edəcəyik”, – deyib.

ABŞ isə Türkiyənin çağırışına, hələ ki, konkret cavab verməyib. “Vaşinqton Post” yazır ki, ABŞ-ın İraq və Suriyadakı rəsmisi, general Stefan Tounsend bu günlərdə türk həmkarlarıyla Rakka məsələsini müzakirə edəcəyini deyib.

Pentaqon sözçüsü Peter Kuk keçən həftə türklərlə amerikalıların Rakka məsələsində sıx əməkdaşlığa tərəfdar olduğunu bildirsə də, detallara varmayıb”.