backend

Türkiyə: “Bizsiz AB-nin gələcəyi yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyi anlamalıdır ki, Türkiyəsiz öz təhlükəsizliyini təmin edə bilməyəcək. 

Avropa Birliyi anlamalıdır ki, Türkiyəsiz öz təhlükəsizliyini təmin edə bilməyəcək.

TİA.AZ xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə açıqlamasında Türkiyə Baş naziri Binəli Yıldırım söyləyib.

“Avropa Birliyi bizim xeyrimizə yox, öz gələcəyi naminə qərarlar qəbul edən zaman çox yaxşı fikirləşməlidir. Türkiyəsiz Avropa Birliyinin gələcəyi və təhlükəsizliyi mümkün deyil”, – deyə nazir jurnalistin sualını cavablandırarkən söyləyib.

Qeyd edək ki, Avropa Parlamenti bir müddət öncə Türkiyənin Avropa Birliyinə üzvlüyü ilə bağlı danışıqların müvəqqəti dondurulması haqqında qərar qəbul edib. Bu, Ankara-Brüssel münasibətlərini ən gərgin vəziyyətə gətirib çıxarıb.