Türkiyənin baş naziri Binəli Yıldırımın İraqa səfəri təxirə salınıb.
Türkiyənin baş naziri Binəli Yıldırımın İraqa səfəri təxirə salınıb.
“Report”un “Habertürk”ə istinadən verdiyi məlumata görə, səfər oktyabrın 15-də baş tutmalı idi.
Səfərin hansı səbəbdən təxirə salınması barədə məlumat verilməyib.
Qeyd edək ki, səfər çərçivəsində keçirilməsi planlaşdırılan görüşlərdə İraqın şimalında keçirilən “referendum”dan sonrakı vəziyyət müzakirə olunmalıydı.