Türkiyə Aİ-yə güzəştə getməməlidir – Abdullah Gül

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Avropa İttifaqına (Aİ) güzəştə getməməlidir.
 Türkiyə Avropa İttifaqına (Aİ) güzəştə getməməlidir.

TİA.AZ-ın məlumatına görə, bunu Türkiyənin keçmiş Prezidenti Abdullah Gül deyib.

Təşkilatla danışıqları dayandırmağa çağıran A.Gül qeyd edib ki, ilk növbədə, Ankara Aİ-yə daxil olmaq üçün keçirilməli olan islahatın xalqa nə dərəcədə faydalı olduğuna diqqət yetirməlidir.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın deyil, Aİ-nin Türkiyənin təşkilata daxil olması ilə bağlı danışıqları başa çatdırmaq üçün ilk addım atacağını bildirib.

Dövlət başçısı deyib ki, ölkənin Aİ-yə daxil edilməməsindən Ankara heç nə itirməyəcək.