Tribunainfo.az xəbər verir ki, Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri İstanbulda, Prezident Administrasiyasının Dolmabağça Ofisində bir araya gəlib.
Türkiyə Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, görüşə Türkiyə xarici işlər naziri Hakan Fidan rəhbərlik edib.
Təxminən bir saat davam edən toplantıda ABŞ tərəfini ölkənin xarici işlər naziri Marko Rubio, ABŞ-ın Ankaradakı səfiri Tom Barrack və Prezident Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kellog təmsil edib.
Ukrayna heyətində isə Prezident Aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andrii Sıbixa və müdafiə naziri Rüstem Umerov iştirak edib.
Görüşdə həmçinin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da yer alıb.
Tərəflərin görüşdə əsas müzakirə mövzusunun Rusiya və Ukrayna arasında sülh prosesinin mümkün şərtləri olduğu bildirilib.
İmran Kərimli