Türkiyə 35 il əvvəl Ermənistana ərazi təklif edib?

Türkiyə 35 il əvvəl Ermənistana ərazi təklif edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə Ermənistanın müstəqilliyinin ilk illərində Zəngəzur dəhlizi müqabilində Ağrı dağı və ətrafını geri qaytarmağa hazır olub. Həmin təklif ABŞ-ın vasitəçiliyi ilə edilib. Lakin İrəvan Ağrı dağının və onun ətrafının qaytarılmasının dəhlizə bərabər olmadığını nəzərə alaraq, bunu rədd edib”.

Tribunainfo.az xəbər verir ki, bu iddia ilə erməni siyasətçi Qriqor Emin-Teryan çıxış edib.

Onun sözlərinə görə, Türkiyənin və Azərbaycan  bu təklifin üzərindən 35 il keçəndən sonra həmin dəhlizi qəpik-quruşa alıblar. “İrəvan həmin təklifi rədd etdiyi halda, bu gün 42 kilometr uzunluğunda tranzit yol üçün qəpik-quruş alıb”.

Emin-Teryan onu da iddia edib ki, əgər Ermənistan Zəngəzur dəhlizi müqabilində Türkiyə ərazisindən Qara dənizə dəhliz tələb etsəydi, Ankara buna razılaşacaqdı. “Mən əminəm ki, Ankara bu təklifə razılaşardı. Ancaq bir qəpiklik təsəlli ilə kifayətləndik”.

Fərda Uğur