Türkiyə 92 mindən çox suriyalıya vətəndaşlıq verib.
BakuPost-un Türkiyə mediasına istinadən məlumatına görə, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.
Nazirin sözlərinə görə, vətəndaşlıq verilmiş suriyalılardan 45 280-i uşaqdır.
S. Soylu qeyd edib ki, hazırda İstanbulda 547 min suriyalı yaşayır.