“Kino sektorunda böyük haqsızlıq var.
“Kino sektorunda böyük haqsızlıq var.
Monopoliyadır və təəssüf ki, biz də bunun qurbanı olduq. Qızım daha çox enerjili və gəncdir. O, bu işə davam edəcək amma mən bir az qırğınam. Yəni kinonu tamamən buraxdım da deyə bilərəm”.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Yeşilcamın əfsanəvi siması Türkan Şoray jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Türkiyədə kinonu və kinematoqrafçıları ələ keçirmiş bəzi qüvvələr var: “Onlar da istədikləri filmə dəstək olurlar, bəzi filmlərlə isə heç maraqlanmırlar. Hər kəsə bərabər hüquqlarla yanaşılmır. Ona görə mən daha seriallarda çəkilməyi də düşünmürəm. Seriallar da dəhşətli bir yarış içərisindədir. O qədər əziyyət çəkilir amma üç seriyadan sonra yayından qaldırılır. Bunlar çox üzücü hallardır”.