backend

Türkan Şoray üçüncü dəfə Bakıda – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur türk aktrisası Türkan Şoray hazırda Xəzər Universitetində keçirilən Avrasiya Akademiyasının ikinci toplantısına qatılıb. 

Məşhur türk aktrisası Türkan Şoray hazırda Xəzər Universitetində keçirilən Avrasiya Akademiyasının ikinci toplantısına qatılıb.

TİA.AZ xəbər verir ki, toplantıda Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral, xalq artisti Rasim Balayev, xalq şairi Sabir Rüstəmxanlı, şair Ramiz Rövşən, opera ifaçısı Fidan Hacıyeva və başqaları iştirak edir.

Türkan Şoray üçüncü dəfə Bakıya gəldiyi üçün çox xoşbəxt olduğunu və azərbaycanlıları çox sevdiyini deyib.

Türkan Şoraya Avrasiya Akademiyasının üzvlük diplomu və “Avrasiya əfsanəsi” mükafatı təqdim olunub. O, bu mükafata layiq görülən ilk qadındır.

Qeyd edək ki, Avrasiya Akademiyasının birinci toplantısı yanvar ayının 29-da keçirilib. Birinci toplantıya məşhur alim Rafiq Əliyev, xalq yazıçısı Anar, şair Ramiz Rövşən, xalq şairi Sabir Rüstəmxanlı, xalq artisti Flora Kərimova, sabiq təhsil naziri Misir Mərdanov və Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrindən görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri, hökumət və Milli Məclis üzvləri, səfirlər iştirak etmişdilər.