backend

Türk və yunan liderlər görüşəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Kipr Prezidenti Nikos Anastadiadis və Şimali Kipr lideri Mustafa Akıncı arasında növbəti görüş yanvarın 9-da olacaq. 

Cənubi Kipr Prezidenti Nikos Anastadiadis və Şimali Kipr lideri Mustafa Akıncı arasında növbəti görüş yanvarın 9-da olacaq.

TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT Baş katibinin müşaviri Espen Bart Eyde söyləyib. Liderlərin növbəti görüşü Cenevrə şəhərində keçiriləcək. Bundan sonra Kipr məsələsi ilə bağlı danışıqlara zəmanətçi ölkələrin (Böyük Britaniya, Yunanıstan, Türkiyə – red.) qatılması üçün hazırlıq görüləcək.

Qeyd edək ki, Kipr problemi artıq 40 ildən çoxdur mövcuddur. Millətçi yunanların aktivləşməsi və türkləri adadan sıxışdırmaq istəməsi sonradan Ankaranın buna açıq etirazına səbəb olub. 1974-cü ildə Türkiyə Kiprə desant çıxarıb və tezliklə ada iki yerə bölünüb. Adada yaradılan Şimali Kipr Türk Cümhuriyyəti indiyə qədər Türkiyə xaric heç bir dövlət tərəfindən tanınmır.