Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Türkiyə – Gürcüstan oyunu başlamazdan əvvəl insident yaşanıb.
Tribunainfo.az xəbər verir ki, “Siqnal İduna Park” stadionunda baş tutan matçın startına dəqiqələr qalmış iki komandanın azarkeşləri arasında kütləvi dava düşüb. Fanatlar yalnız polisin müdaxiləsindən sonra sakitləşiblər.
Qeyd edək ki, sözügedən Türkiyə millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.