Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci ilin mart qırğınları zamanı Hacıqabul rayonunda şəhid olmuş Osmanlı və Azərbaycan əsgərlərinin məzarlarını ziyarət edib.
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 1918-ci ilin mart qırğınları zamanı Hacıqabul rayonunda şəhid olmuş Osmanlı və Azərbaycan əsgərlərinin məzarlarını ziyarət edib.
Səfir Erkan Özoral Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində səfirlik tərəfindən qəbirlərin üzərində ucaldılan abidənin açılışına qatılıb. Mərasimdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Abidənin önündə Türkiyə və Azərbaycan dövlətinin bayraqları qaldırılıb.
Qubalıbalaoğlan kəndində 1918-ci ildə erməni-daşnak silahlı birləşmələrinə qarşı döyüşdə Qafqaz İslam Ordusunun 6 əsgəri və onlarla çiyin-çiyinə vuruşan 6 Azərbaycan əsgəri şəhid olub. Kənd sakinlərindən biri – qırğınların şahidi olmuş Hənifə Mövlayev adları bu gün də məlum olmayan şəhid əsgərləri öz həyətyanı sahəsində dəfn edib. Bir müddət əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə qəbirlərin üzərində abidə ucaldılıb, məzarlar abadlaşdırılaraq yenilənib.