Türkiyənin Qətərdə yerləşdirəcəyi hərbçilərinin ilk hissəsi paytaxt Dohaya gəlib.
Türkiyənin Qətərdə yerləşdirəcəyi hərbçilərinin ilk hissəsi paytaxt Dohaya gəlib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Əl Cəzirə” televiziyası yayıb. Birliyin Qətər ordusu ilə birgə hərbi təlim keçirəcəyini bildirilir.
İlk təlimin Tariq bin Ziyad hərbi bazasında keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, iki ölkə arasındakı razılaşmaya əsasən, Türkiyə Qətərdə öz hərbi bazasını yaradır.