SSRİ-nin qurucusu Vladimir Leninin vaxtilə Qırğızıstanın Oş vilayətində ucaldılmış abidəsi sökülüb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Azadlıq” məlumat yayıb.
Abidənin başqa bir yerə köçürüləcəyi deyilsə də, hələlik dəqiq məlumat yoxdur.
Lenin heykəli ilə bağlı qərarı şəhər meriyasının verdiyi bildirilir.