Həyat tərzi, evlilik üçün seçdiyi milyonçu həyat yoldaşları ilə daim gündəm olan türkiyəli model Şeyma Subaşı türkcə danışmağı “cool” hesab etmədiyini bildirib.
Tribunainfo.az yazır ki, sosial şəbəkə hesabından canlı yayım açan model əsasən ingiliscə danışmağa üstünlük verir. Buna görə, tez-tez tənqid edilən Şeyma bildirib ki, ona ingilis dilindən danışmaq və yazmaq daha asan gəlir:
“Mən ingiliscə yazacağam. Mənimçün ingilis dilincə yazmaq daha rahatdır. Siz onsuz da orada tərcümə et düyməsini bassanız türk dilinə çevriləcək. Türk dilində danışmağı “cool” hesab etmirəm, amma nə isə…”.
Modelin bu açıqlaması tənqid edilib.
Qeyd edək ki, Ş.Subaşı Türkiyənin məşhur televiziya aparıcısı, iş adamı Acun İlıcalı ilə evliliyindən sonra məşhurlaşmışdı. O, yaxınlarda mayda evləndiyi misirli milyonçu sevgilisindən də ayrılıb.