Türk lirəsi 9 qəpiyə düşdü – YENİ REKORDbackend

Türk lirəsi 9 qəpiyə düşdü – YENİ REKORD

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Türkiyə lirəsinin Azərbaycan manatı qarşısında rəsmi məzənnəsi 0,0989 manat olub. Bu isə yeni tarixi minimum hesab olunur.

Bu, ötən rəsmi məzənnə ilə müqayisədə 1,9% azalma deməkdir. İyun ayının əvvəlindən lirə 4,6% dəyər itirib.

Sonuncu dəfə türk lirəsinin manat qarşısında ən aşağı məzənnəsi dünən – iyunun 8-də 0,1008 manat qeydə alınmışdı.

Xatırladaq ki, indiyədək (denominasiyadan sonra) lirənin manata qarşı ən yüksək dəyəri 2008-ci ilin yanvarın 15-də qeydə alınıb. Bu isə 0,7363 manat təşkil edib.

Qeyd edək ki, türk lirəsi dollar qarşısında da ucuzlaşıb və dolların məzənnəsi dünən 17 lirə həddini keçib